...

ABŞ-da yeni nəsil "GPS" sisteminin qurulması başa çatıb

Telekommunikasiya Materials 2 Oktyabr 2019 04:57 (UTC +04:00)
ABŞ 2021-ci ildə istifadəyə veriləcək yeni nəsil "GPS" peyk rabitə sisteminin qurulmasını başa çatdırıb
ABŞ-da yeni nəsil "GPS" sisteminin qurulması başa çatıb

Bakı, Trend:

ABŞ 2021-ci ildə istifadəyə veriləcək yeni nəsil "GPS" peyk rabitə sisteminin qurulmasını başa çatdırıb.

Trend-in məlumatına görə, "Raytheon" şirkətin "GPS OCX" olaraq bilinən yeni nəsil "GPS" əməliyyat idarəetmə sistemi üçün proqram təminatının tam inkişafı tamamlanıb və sistemin inteqrasiyası və sınaq mərhələsi başlayır" məlumatda deyilir.

Şirkət qeyd edir ki, 2016-cı ildə başlayan işlər plana uyğun aparılır və əsas sifarişçi ABŞ Hərbi Hava Qüvvələridir. ABŞ Hərbi Hava Qüvvələri əvvəllər "GPS" modernləşdirilmiş "GPS III" peykini kosmosa 2018-ci ilin dekabr ayında, ikincisini isə 2019-cu ilin avqustunda kosmosa buraxmaq üçün əvvəllər "Block 0" adlandırılan "GPS OCX" kibertəhlükəsizliyi başlama və yoxlama sistemindən istifadə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti