...

RABİTƏ NAZİRLİYİ AZƏRBAYCANDA TEXNOPARKLARIN YARADILMASININ MONİTORİNQİ ÜZRƏ AUDİT ŞİRKƏTLƏRİNİN TƏKLİFLƏRİNİ NƏZƏRDƏN KEÇİRİR

Telekommunikasiya Materials 26 İyul 2005 18:36 (UTC +04:00)

Rabitə və İnformasiya texnologiyaları Nazirliyi Azərbaycanda texnoparkların yaradılması üzrə konsepsiyaları öyrənir. Rabitə Nazirliyinin strateji planlaşdırma və elmi potensial bölməsinin rəisi Rüfət Gülməmmədovun Trend ə verdiyi məlumata görə, hazırda iki auditor şirkətinin - Frenk Hanniqanın rəhbərlik etdiyi Ernst & Young və Pathfinder International Partners Ltd. Şirkətinin təklifləri nəzərdən keçirilir.

Qeyd edək ki, bir qədər əvvəl F.Hanniqan ölkədə texnoparkların yaradılması mümkünlüyünü müzakirə etmək məqsədilə Rabitə Nazirliyinin və İnformasiya texnologiyaları şirkətlərinin yerli mütəxəssisləri ilə görüşmək üçün Azərbaycanda səfərdə olub.

Rabitə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, təkliflərin öyrənilməsindən və texnoparkların yaradılması şərtləri monitorinqinin keçirilməsi üzrə şirkətin seçilməsindən sonra yerli, xarici şirkətlərin, elmi-texniki institutların, dövlət strukturlarının müvafiq sənədləri yekun qərar çıxarmaq üçün hökumətə təqdim olunacaq .

Bundan əlavə, Rabitə Nazirliyinin informasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri Əflatun Məmmədov bir az əvvəl qeyd etmişdi ki, nazirlik texnoparklar barədə yeni qanun layihəsinin üzərində işləyir ki, burada da onların ölkədə yaradılması və inkişafının dəqiq prinsipləri, bu obyektlərin yaradılmasına xarici investorların cəlb edilməsi üçün vergi və gömrük güzəştləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti