...

Azərbaycan və Koreya IT sahəsində "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalayacaq

Telekommunikasiya Materials 10 May 2006 19:07 (UTC +04:00)

Azərbaycan və Koreya informasiya-kommunikasiya texnologiyaları sahəsində memorandum imzalayacaq. Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Trend ə verdiyi məlumata görə, imzalama mayın 11-də Nazirlikdə keçiriləcək.

Sənədi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Koreyanın informasiya və rabitə naziri R. Jyun-Xyonq imzalayacaq.

Azərbaycan analoji sənədləri Misirlə, İsraillə, Türkiyə və digər ölkələrlə imzalayıb.

Xəbər lenti

Xəbər lenti