...

Nazirlər Kabineti Azərbaycanda dövlət müəssisələri üçün internet-resursların yaradılması qaydasını təsdiq edib

Telekommunikasiya Materials 19 Fevral 2007 15:23 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabineti ölkənin dövlət müəssisələri və bələdiyyələri üçün internet şəbəkəsində məlumat resurslarının yaradılması qaydalarını təsdiq edib. Bu barədə Nazirlər Kabinetinə istinadən, Trend məlumat verir.

Qaydalar "Məlumatın əldə olunması" qanununa uyğun olaraq yaradılıb. Bu qanuna əsasən, dövlət müəssisələri və bələdiyyələr özləri üçün ictimai əhəmiyyətli məlumatların nəşri üçün internet resursları yaradır. Saytlarda köhnəlmiş, natamam, qeyri-dəqiq və çaşqınlıq yaradan məlumatlardan imtina edilərək, təzə və aktual xəbərlər (yerləşdirilmə müddəti qeyd olunur) yerləşdirilməlidir.

Dövlət sirri olan və ya yayılmasına məhdudiyyət qoyulmuş məlumat internet resurslarına daxil olmamalıdır. Dövlət orqanları və bələdiyyələr internet resursların təhlükəsizliyini təmin etməlidir. Hər dövlət müəssisənin domen ünvanı bütün texniki qaydaların əks olunduğu Nazirlər Kabinetinin 2006-cı ilin martında təsdiq etdiyi adminstrativ qaydalara əsasən, GOI.AZ olmalıdır.

Xəbər lenti

Xəbər lenti