...

Azərcell şəbəkənin təkmilləşdirilməsi ilə bağlı işlər aparır

Telekommunikasiya Materials 13 Aprel 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Azərbaycanın Mobil operatoru Azərcell Telecom SimSim və fakturalı abunəçilərini xəbərdarlıq edir ki, ayın 14-də 00.00 saatdan etibarən ayın 16-dək gecə və gündüz vaxtlarında müştəri xidmətləri və Azeronline dəstək xəttində problemlərin yaranma ehtimalı mümkündür. Bu, şəbəkənin təkmilləşdirilməsi işləri ilə bağlıdır. Şirkət rabitənin keyfiyyətini artırmaq məqsədilə mütəmadi olaraq analoji işlər aparır.

Məlumat üçün bildirək ki, Azərcell 2,4 milyondan çox abunəçiyə malikdir. Şirkət mobil rabitə ilə Azərbaycanın 77 faiz ərazisini və əhalinin 99 faizini əhatə edir. Operatorun həmçinin 130 ölkədən olan 300-dən çox operatorla rouminq sazişləri var.

Azərcell Telekom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7 faiz) ilə "Fintur Holdings"in (64.3 faiz) birgə müəssisəsidir. "Fintur Holdings"in aksiyalarının 58.55 faizi TeliaSonera, 41.45 faizi isə Türkcell şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti