...

Azərfon Türkiyə, Hindistan və Macarıstanla rouminq müqavilələri bağlayıb

Telekommunikasiya Materials 16 Aprel 2007 18:38 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Bu gün Azərfon BM (ticarət markası Nar Mobile) Nar Mobile abunəçilərinin beynəlxalq rouminqdən Türkiyədə, Hindistanda və Macarıstanda olarkən istifadə edə biləcəklərini elan edib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

"Nar Mobile"-ın rouminq tərafdaşları "Türkcell"( Türkiyə), BPL (Hindistan) və "T-Mobile (Macarıstan) şirkətləridir. Beləliklə, hazırda "Nar Mobile"-nın rouminq əhatə dairəsinə 213-dən çox ölkə və 446 mobil operator daxildir.

Rouminq xidmətinin aktivləşdirilməsi üçün abunəçinin Nar Mobile Mərkəzinə müraciət etməsi kifayətdir. Bu xidmətdən bütün Nar Mobile tarif planlarının abunəçiləri istifadə edə bilərlər. Rouminq xidməti birbaşa abunəçinin hesabından ödənilir və öncədən heç bir depozit məbləğin yatırılması tələb olunmur.

Azərfon-a Azərbaycanın bütün ərazisində GSM standartı üzrə mobil xidmət göstərilməsi üçün 2005-ci ilin dekabrında Rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 21 mart 2007-ci ildə başlayıb.

Xəbər lenti

Xəbər lenti