...

Azərbaycan RB-nin informatizasiya üzrə iclaslarında iştirak edəcək

Telekommunikasiya Materials 20 Aprel 2007 18:00 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycan rabitə sahəsində Regional Birliyin iclaslarında iştirak edəcək. Cümə günü Rabitə və informasiya texnologiyaları nazirliyindən verilən məlumata əsasən, MDB dövlətlərində IT biznesinin inkişafı məsələləri üzrə rabitə informatizasiyası sahəsində Regional Birliyin Komissiyası nəzdində İşçi Qrupun dördüncü iclasında Rabitə Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin əməkdaşı İsfəndiyar Əliyev iştirak edəcək.

Aprelin 23-də Kişinyovda keçiriləcək iclasın gündəliyinə IT sənayesinin inkişafı proqnozları, Birlik dövlətlərində informasiya texnologiyaları parklarının yaradılması və fəalliyətə başlaması təcrübəsi, rabitə sahəsində Regional Birliyin iştirakçı dövlətlərində IT assosiasiyalarının yaradılması və fəaliyyət təcrübəsi, IT biznesi nümayəndələrinin İKT sahəsində ixtisaslaşdırılmış sərgi və tədbirlərdə iştirakı daxil olunub. Həmçinin İşçi Qrupun 2007-2008-ci illər üçün iş planının müzakirəsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti