...

Azərbaycan Rabitə Nazirliyi İKT İnkişaf Fondunun tezliklə qeydiyyatdan keçəcəyinə ümid edir

Telekommunikasiya Materials 22 May 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ümid edir ki, yaxın zamanlarda Ədliyyə Nazirliyi ötən ilin sonlarında təsis edilən informasiya-kommunikasiya texnologiyaları (İKT) naminə insan resursları İnkişaf Fondunu qeydiyyatdan keçirəcək.

Nazirlikdən verilən məlumata görə, bütün sənədlər apreldə təqdim olunub və Fondun qeydiyyatı məsələsi iyuna kimi tamamlanacaq.

Bu gün Fonda 20-dək İKT şirkəti daxildir. Onların arasında AZEL, Sinam, Ultra, Catel, Azərcell, Bakcell, Azərfon, Microsoft və digəriləri var. Fonda digər dövlətlərin İKT şirkətləri də daxil ola bilər.

Struktur qeydiyyatdan keçəndən sonra Fondun ilk iclası keçiriləcək. Bu iclasda İdarə Heyətinin üzvləri seçiləcək və tədbirlər planı müəyyənləşdiriləcək.

Fondun yaradılmasının əsas məqsədi rabitə və informasiya texnologiyaları sahəsində çalışan kadrlara xaricdə təhsil almaq məsələsində yardım göstərmək və bununla da onların peşəkarlıq səviyyəsinin artırılmasına nail olmaqdır.

Bu gün nazirliyin xətti ilə Ukrayna, ABŞ və Koreya universitetlərində 30-dək adam təhsil alır. Fond yaradıldıqdan sonra tələbələrin təhsil alması Fondun vəsaitləri hesabına həyata keçiriləcək. Bu vəsaitlərin mənbəyi rolunda özəl şirkətlər və Rabitə Nazirliyi çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti