...

Azərbaycan RRB toplantılarında iştirak edəcək

Telekommunikasiya Materials 14 İyul 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Regional Rabitə Birliyinin (RRB) növbəti toplantılarında - poçt rabitəsi üzrə RRB komissiyasının 25-ci iclası və RRB poçt rabitəsi operatorları şurasının 14-cü iclasında iştirak edəcək.

Nazirliyin poçt sektorunun rəhbəri, həmçinin poçt rabitəsi üzrə RRB komissiyasının sədr müavini Novruz Məmmədov tədbirin sentyabr ayında Minskdə keçirilməsinin planlaşdırıldığını bildirib.

Toplantı çərçivəsində həmçinin poçt islahatları üzrə beynəlxalq seminar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti