...

Zəngəzur dəhlizinin açılması turizm sahəsində yeni prioritetləri müəyyən edir - Musa Quliyev

Turizm Materials 14 Dekabr 2021 12:10 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması turizm sahəsində yeni prioritetləri müəyyən edir - Musa Quliyev

Bakı. Elçin Mehdiyev - Trend:

Zəngəzur dəhlizinin açılması turizm sahəsində yeni prioritetləri müəyyən edir və qarşıya yeni çağırışlar qoyur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, pandemiyaya qədər turizm dinamik inkişaf edən sahələrdən biri olub:

“Turizm potensialının səmərəli istifadəsi nəticəsində 2019-cu ildə Azərbaycana səfər edən turistlərin sayı xeyli artıb və onların ölkədə xərclədiyi vəsait 3 milyard manata qədər olub”, - M.Quliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti