...

Azərbaycanda turizm polisinin yaradılması təklif olunub

Turizm Materials 11 Yanvar 2024 14:20 (UTC +04:00)
Azərbaycanda turizm polisinin yaradılması təklif olunub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda turizm polisinin yaradılması təklif olunub.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Turizm Blogerləri Assosiasiyası" (ATBA) İctimai Birliyinin idarə heyətinin üzvü Mirsəməd Cəfərli Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar mövzusunda forumunda keçirilən panel müzakirələrində deyib.

"Turizm polisi turistlərin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulmuş xüsusi polis bölməsidir. Onlar turistlərə qarşı cinayətlərlə bağlı vəziyyətlərdə kömək göstərə, məlumat və təhlükəsizliklə bağlı məsləhətlər verə, eləcə də, turistlər ölkədə olduqları müddətdə baş verə biləcək müxtəlif problemlərin həllində onlara kömək göstərə bilər.

Turizm polisi artıq bir sıra ölkələrdə - Malayziya, Tailand və hətta Özbəkistanda - fəaliyyət göstərir. Azərbaycanda da turizm polisinin yaradılması yaxşı olardı", - o deyib.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin məlumatlarına görə, 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 2 milyon 86 min 548 nəfər turist səfər edib (30,2 faiz artım).

2023-cü ilin dekabr ayında Azərbaycana səfər etmiş ən çox əcnəbilərin ölkələri müvafiq olaraq Rusiya (47 min 347 nəfər), Türkiyə (36 min 372 nəfər), Hindistan (17 min 524 nəfər), İran (17 min 526 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (11 min 374 nəfər), Gürcüstan (10 min 781 nəfər), Pakistan (6009 nəfər), Qazaxıstan (4823 nəfər), Özbəkistan (4441 nəfər) və Səudiyyə Ərəbistanı (4174 nəfər) olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycana 119 min 94, fevral ayında 113 min 473, mart ayında 136 min 505, apreldə - 154 min 233, mayda - 190 min 081, iyunda - 205 min 910, iyulda - 224 min 826, avqustda - 200 min 138, sentyabrda - 192 min 115, oktyabrda - 187 min 843, noyabr ayında isə 169 min 461 turist səfər edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti