...

Müxtəlif regionlarda xidmət göstərən Azərbaycan şirkətlərinin faizi açıqlanıb

Turizm Materials 25 Yanvar 2024 12:17 (UTC +04:00)
Müxtəlif regionlarda xidmət göstərən Azərbaycan şirkətlərinin faizi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Səyahət və turizm sahəsində Azərbaycan şirkətlərinin 64 faizi Asiya ilə, 58 faizi Avropa ilə, 27 faizi postsovet ölkələri ilə, 26 faizi Şərqi Asiya və Sakit Okean regionu ilə, 31 faizi Şimali və Cənubi Amerika ilə,14 faizi Avstraliya və Okeaniya ilə, 8 faizi isə Afrika ilə çalışır.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Ticarət Mərkəzinin (ITC – International Trade Center) əməkdaşı Paula Kastenada Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.

"Nəqliyyat və logistika sahəsində şirkətlərin 59 faizi Asiya ilə, 57 faizi Avropa ilə, 15 faizi postsovet məkanı ilə, 18 faizi Şərqi Asiya və Sakit Okean regionu ilə, 10 faizi Amerika ilə, 4 faizi Avstraliya və Okeaniya ilə və 2 faizi Afrika ilə çalışır.

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda şirkətlərin 33 faizi Asiya ilə, 67 faizi Avropa ilə, 5 faizi postsovet ölkələri ilə, 5 faizi Şərqi Asiya və Sakit Okean regionu ilə, 8 faizi Amerika ilə, 8 faizi Avstraliya və Okeaniya ilə və 2 faizi Afrika ilə çalışır", - deyə o qeyd edib.

Qeyd edək ki, ITC BMT və Ümumdünya Ticarət Təşkilatının birgə müəssisəsi olub, inkişaf etməkdə olan ölkələrdə kiçik biznesə dəstək göstərir. ITC BMT sistemində inkişaf etməkdə olan və keçid iqtisadiyyatına sahib olan ölkələrlə ticarətin təşviqi və ixracın inkişafı sahələrində texniki əməkdaşlıq üzrə əlaqələndirmə mərkəzidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti