...

Ekspert: Türkiyənin Hələbə gedən yolu Mənbicin azad edilməsindən keçir

Nəzər nöqtəsi Materials 1 Sentyabr 2016 12:21 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Suriyanın Mənbic şəhərini terrorçulardan azad etməklə strateji baxımdan vacib olan Hələb şəhərinə yolu açmaq niyyətindədir.
Ekspert: Türkiyənin Hələbə gedən yolu Mənbicin azad edilməsindən keçir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın Mənbic şəhərini terrorçulardan azad etməklə strateji baxımdan vacib olan Hələb şəhərinə yolu açmaq niyyətindədir.

Bunu Trend-ə Yaxın Şərq üzrə türkiyəli ekspert, TGRT telekanalının "Neler Oluyor" siyasi-icmal proqramının müəllifi Batuhan Yaşar deyib.

Türkiyə SQ Mənbic şəhərinə yaxınlaşıb

Türkiyə SQ Mənbic şəhərinə yaxınlaşıb

Onun sözlərinə görə, heç kəs Ankaranın Suriyada "Fərat qalxanı" hərbi əməliyyatı çərçivəsində qısa müddət ərzində belə nəzərəçarpacaq uğurlar qazanacağını gözləmirdi. Ekspert qeyd edib ki, hərbi əməliyyat nəticəsində Ankara regionda vacib oyunçu rolunu qazandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti