...

Rusiya Baş nazirinin müavini: Soçi "Formula 1"in keçirilməsində Bakı təcrübəsini tətbiq edə bilər (FOTO)

Nəzər nöqtəsi Materials 25 İyun 2017 16:29
Soçi "Formula 1"in keçirilməsində Bakı təcrübəsini tətbiq edə bilər.
Rusiya Baş nazirinin müavini: Soçi "Formula 1"in keçirilməsində Bakı təcrübəsini tətbiq edə bilər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Soçi "Formula 1"in keçirilməsində Bakı təcrübəsini tətbiq edə bilər. Trend-in məlumatına görə, bunu Rusiya hökumətinin sədr müavini Dmitriy Kozak deyib.

Onun sözlərinə görə, Bakı bu yarışın təşkilatçılığını çox mükəmməl bacarıb.

D.Kozak deyib: “Bakı şəhər trası mənim çox xoşuma gəldi. Baxmayaraq ki, tras, qurğular yeni qurulub, müvəqqətidir, çox gözəl və xoş təəssürat oyadır. Bura bizim çox xoşumuza gəldi və sizin təcübənizi tətbiq edəcəyik. Hər şey gözəl təşkil edilib. Şəhər sakinlərinə də göstərdikləri anlayışa və səbrə görə minnətdarıq, çünki şəhərdə tras təşkili həmişə sakinlərin səbrini tələb edir. Düşünürəm, Bakı bütün düyada məşhur oldu”.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Xəbər lenti

Xəbər lenti