...

Deputat: NATO-nun Türkiyəyə münasibətində qısqanclıq elementləri görünür

Nəzər nöqtəsi Materials 18 Noyabr 2017 13:13 (UTC +04:00)
Bu gün Türkiyənin dünyada nüfuzu artdığı bir dövürdə NATO-nun təlimlər zamanı öz tərəfdaşının, üzvü olan bir ölkənin yaradıcısı Mustafa Kamal Atatürkün və ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın partiretlərinin əks olunduğu tendləri hədəf kimi qoyması əlbəttə böyük təəssüf hissi doğurur.
Deputat: NATO-nun Türkiyəyə münasibətində qısqanclıq elementləri görünür

Bakı. Elçin Mehdiyev - Trend:

NATO-nun təlimlər zamanı öz tərəfdaşının, üzvü olan bir ölkənin yaradıcısı Mustafa Kamal Atatürkün və ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın şəkillərini poliqonda hədəf qismində istifadə etməsi böyük təəssüf hissi doğurur.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, sonuncu minilliyə nəzər salsaq, dünyada baş verən proseslərdə Türkiyənin yaxşı mənada özünəməxsus rolu olduğunu görə bilərik: “Yəni Türkiyə dünyada yaxşı mənada öz sözünü demiş bir dövlətdir və bu gün də NATO-nun üzvü kimi təşkilat üçün böyük xidmətləri var. Əlbəttə Türkiyə kimi böyük bir dövlətin yaradıcısı olan tarixi bir şəxsiyyətin və dövlət başçısının şəkillərinə o tərzdə yanaşılması yolverilməzdir, tarixi şəxsiyyətlərə olan hörmətsizlikdir”.

Deputat hesab edir ki, Türkiyə regionda söz sahibidir və Türkiyənin nüfuzu artdıqca NATO-nun ölkəyə qarşı bu cür münasibətində qısqanclıq elementləri müşahidə olunur.

Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı "düşmənlər"in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti