...

Azərbaycanın SOCAR Energy Georgia şirkəti Gürcüstanın 22 qazpaylayıcı şəbəkəsinin satın alınmasını rəsmiləşdirəcək

Dünya xəbərləri Materials 26 Dekabr 2008 10:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Cümə günü SOCAR Energy Georgia və Gürcüstan hökuməti arasında regional qazpaylayıcı şəbəkələrin alınması ilə bağlı saziş rəsmiləşdiriləcək. Bu barədə Trend -a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

22 regional qazpaylayıcı şəbəkə SOCAR Energy Georgia-nın mülkiyyətinə keçəcək. Bu şirkət ölkə bölgələrində qaz kəmərləri sisteminin inkişafı və yeni kənd və şəhərlərin qazlaşdırılmasına başlayıb.

Gürcüstan mavi yanacağa olan tələbatının əsas hissəsini Azərbaycan qazı və Rusiya qazının Ermənistana tranzitindən ödəmə qismində əldə etdiyi qaz hesabına ödəyir.

Xəbər lenti

Xəbər lenti