...

İranda qızlar və oğlanlar üçün fərqli dərsliklər nəşr ediləcək

Dünya xəbərləri Materials 23 Dekabr 2009 15:19 (UTC +04:00)
İranın təhsil naziri Həmidrza Hacıbabayi bildirib ki, ibtidai siniflərdə qızlar və oğlanlar üçün bir-birindən fərqli dərsliklərin nəşrini nəzərdə tutan layihə hazırlanıb.
İranda qızlar və oğlanlar üçün fərqli dərsliklər nəşr ediləcək

İranın Təhsil Naziri Həmidrza Hacıbabayi bildirib ki, ibtidai siniflərdə qızlar və oğlanlar üçün bir-birindən fərqli dərsliklərin nəşrini nəzərdə tutan layihə hazırlanıb. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Hacıbabayi dekabrın 21-də İranın əyalət başçılarının toplantısında çıxışı zamanı bildirib ki, "Təhsil Nazirliyində əsaslı dəyişiklik" milli layihəsi hazırlanıb. Həmin layihəyə əsasən, İranda ibtidai siniflərdə təhsil müddəti bir il artırılacaq və dərsliklər şagirdlərin yaşına uyğun nəşr ediləcək. Hacıbabayinin sözlərinə görə, şagirdlər 9 yaşına çatdıqdan sonra qızlar və oğlanlar fərqli dərsliklərlə təhsil alacaqlar və ibtidai təhsil müddətinin sonunda dərsliklər ixtisaslaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti