...

İranın xarici işlər naziri İraqa səfər edəcək

Dünya xəbərləri Materials 7 Yanvar 2010 10:27 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün İraqa birgünlük səfər edəcək.
İranın xarici işlər naziri İraqa səfər edəcək

İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün İraqa birgünlük səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Müttəki səfər zamanı iraqlı həmkarı Huşyar Zibari və digər İraq rəsmiləri ilə müzakirələr aparacaq. Səfər zamanı ikitərəfli əlaqələr, iqtisadi və İraqın təhlükəsizliyi məsələləri ilə yanaşı, İraq-İran sərhədi ilə bağlı məsələlər də müzakirə olunacaq.

Beynəlxalq xəbər agentliklərinin məlumatına əsasən, dekabrın sonlarında İran qoşunları İraq ərazisinə soxularaq İraqın cənub-şərqində yerləşən "Fakka" neft yatağını zəbt ediblər. Lakin onların müdaxiləsi uzun çəkməyib. İran isə əsgərlərin İraq sərhədini keçərək neft quyusunu ələ keçirməsi barədə məlumatı təkzib edib.

Xəbər lenti

Xəbər lenti