...

"Kərrubi Əhmədinejad hökumətini tanıyır"

Dünya xəbərləri Materials 25 Yanvar 2010 16:04 (UTC +04:00)
İranın islahatçı Milli Etimad partiyasının baş katibi və müxalifətdən olan Mehdi Kərrubi Əhmədinejad hökumətini rəsmən tanıdığını bəyan edib.
"Kərrubi Əhmədinejad hökumətini tanıyır"

İranın islahatçı Milli Etimad partiyasının baş katibi və müxalifətdən olan Mehdi Kərrubi Əhmədinejad hökumətini rəsmən tanıdığını bəyan edib. Bu barədə İranın FARS xəbər agentliyi mlumat yayıb.

"Mənim öz tənqid hədəflərin var, lakin bununla belə deməliyəm ki, Əhmədinejadı rəsmən prezident kimi tanıyıram", - Kərrubi "İran xalqının seçdiyi prezidenti rəsmi surətdə tanıyırsınızmı" sualının cavabında deyib.

Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi Fars agentliyində atasının çıxışının təhrif olunduğunu bildirib. "Əslində atam belə deyib: Mən əminəm və inanıram ki, seçkilərdə saxtakarlıq olub və seçkilərin keçirilməsi şübhəli idi və hələ də bu mövqedəyəm. Fikrimcə, seçkilərin nəticəsinə müdaxilə olunub. Lakin İranın ali lideri ayətullah Xamneyi Əhmədinejadı prezident kimi tanıdığına görə mən də onu bu rejimin prezidenti kimi tanıyıram", - Hüseyn Kərrubi İranın "parlamentnews" saytına açıqlamasında bildirib.

İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz ediblər. İslahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkilərdə geniş saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları, müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib. Yüzlərlə siyasi fəal həbs edilib və onlarla vətəndaş həlak olub.

Xəbər lenti

Xəbər lenti