...

İranın XİN rəhbəri insan hüquqları üzrə iclasda iştirak etmək üçün Cenevrədədir

Dünya xəbərləri Materials 1 Mart 2010 11:06 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki XİN-in mətbuat katibi Ramin Mehmanpərəstin müşayiəti ilə bazar günü axşam Cenevrəyə yola düşüb.
İranın XİN rəhbəri insan hüquqları üzrə iclasda iştirak etmək üçün Cenevrədədir

İranın xarici işlər naziri Mənuçöhr Müttəki XİN-in mətbuat katibi Ramin Mehmanpərəstin müşayiəti ilə bazar günü axşam Cenevrəyə yola düşüb. O, BMT İnsan Hüquqları Şurasının 13-cü sessiyasında iştirak edəcək. Məlumatı Press TV yayıb.

Müttəki Cenevrə görüşündə İranın bu məsələyə dair mövqeyinin müəyyən edilməsini planlaşdırır.

O, həmçinin qlobal nüvə silahının yayılmaması ideyasının təbliğinə yönələn səylərin müzakirəsi məqsədi ilə Cenevrədə olan İran nümayəndələri ilə görüşəcək.

Tehranın rəsmi şəxsləri Vaşinqtonu dünyada insan haqlarının əsas pozucuzu adlandırır və bəyan edirlər ki, ABŞ terrora qarşı apardığı müharibə zamanı Cenevrə Konvensiyasına əməl etmir.

Xəbər lenti

Xəbər lenti