...

İranın ABŞ kəşfiyyat təyyarəsinə xəbərdarlığı

Dünya xəbərləri Materials 11 May 2010 14:32 (UTC +04:00)
Bazar ertəsi İran "Vilayət-89" hərbi təlimləri zamanı ABŞ-ın kəşfiyyat təyyarəsinə xəbərdarlıq edib.
İranın ABŞ kəşfiyyat təyyarəsinə xəbərdarlığı

Bazar ertəsi İran "Vilayət-89" hərbi təlimləri zamanı ABŞ-ın kəşfiyyat təyyarəsinə xəbərdarlıq edib. Bu barədə İran Silahlı Qüvvələrinin komandiri Ətaullah Salehi "Fars" agentliyinə məlumat verib.

Onun sözlərinə görə, təlimlərin keçirildiyi əraziyə yaxınlaşan Amerika təyyarəsi İran HHM-dən aldığı xəbərdarlıqdan sonra zonanı tərk edib.

Mayın 8-də İran körfəzində, Оman dənizində və Hind okeanının şimal hissəsində İranın HHQ-nin "Vilayət-89" hərbi təlimlərinin üçüncü mərhələsi başlayıb. İranın səkkizgünlük hərbi təlimlərin beşinci mərhələsində ölkənin cənub sularında özünün müdafiə imkanlarını nümayiş etdirir.

Hərbi dəniz təlimləri Fars körfəzi, Oman dənizi və Hörmüz boğazının əsas neft marşrutlarında İslam İnqilabı Keşikçiləri Korpusunun əsas hərbi təlimləri başa çatdıqdan dərhal sonra, mayın 5-də başlayıb.

Xəbər lenti

Xəbər lenti