...

Klintonun bəyanatı səhv idi – İranın XİN rəhbəri

Dünya xəbərləri Materials 26 May 2010 16:32 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klintonun bəyanatı səhv idi. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki deyib.
Klintonun bəyanatı səhv idi – İranın XİN rəhbəri

ABŞ dövlət katibi Hillari Klintonun bəyanatı səhv idi. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki deyib. Məlumatı IRNA informasiya agentliyi yayıb.

"Klintonun səhvi ondan ibarət idi ki, o, İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) göndərdiyi məktubla bağlı ABŞ-ın mövqeyini şifahi formada ifadə etməməli idi, öz baxışını rəsmi məktubda bildirməli idi", - o deyib.

Müttəki əlavə edib ki, ABŞ dövlət katibinin bəyanatı təbliğat xarakteri daşıyır.

ABŞ dövlət katibi Hillari Klinton Türkiyə ərazisində İrana məxsus uranın saxlanması və mübadiləsi haqqında sazişi "hiylə" adlandırıb.

Klintonun sözlərinə görə, İran, Türkiyə və Braziliya liderlərinin danışıqları gedişində əldə olunan razılaşma Tehranın sərtləşdirilmiş beynəlxalq sanksiyalardan qaçmaq cəhdindən başqa bir şey deyil.

Dövlət katibinin qeyd etdiyinə görə, İran rəhbərliyinin yeni planları beynəlxalq birliyin İranın nüvə proqramının dinc xarakterli olması ilə bağlı şübhəsini aradan qaldırmır.

Xəbər lenti

Xəbər lenti