...

İranın Şimali Xorasan əyalətində zəlzələ baş verib, evlərə ziyan dəyib

Dünya xəbərləri Materials 23 İyul 2010 17:10 (UTC +04:00)
Bu gün səhər İranın Şimali Xorasan əyalətinin Mane və Səmulqan şəhərləri yaxınlığında Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.
İranın Şimali Xorasan əyalətində zəlzələ baş verib, evlərə ziyan dəyib

Bu gün səhər İranın Şimali Xorasan əyalətinin Mane və Səmulqan şəhərləri yaxınlığında Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın IRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

"Zəlzələ səhər saatlarında baş verib, Mane və Səmulqan şəhərlərinin elektrik enerjisi kəsilib, evlərə ziyan dəyib, polis qərargahı dağılıb", - Şimali Xorasan əyalətinin fövqəladə hallar idarəsinin rəisi Müslim Rayi deyib.

Rayi zəlzələ nəticəsində ölən və yaralanların olmadığını bildirib.

"Hazırda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür", - o deyib.

İyulun 21-də İranın Fars əyalətində 5,8 bal gücündə zəlzələ baş vermişdi ki, nəticədə 1 nəfər ölmüş, 18 nəfər yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti