...

Almaniya Prezidenti Türkiyənin baş müftisi ilə görüşəcək

Dünya xəbərləri Materials 19 Oktyabr 2010 16:19 (UTC +04:00)
Almaniya Prezidenti Kristian Vulf Türkiyəyə ilk rəsmi səfəri gedişində Türkiyənin dəyanət başqanı Əli Bardakolu ilə görüşəcək. Bu barədə "Cihan" agentliyi məlumat verir.
Almaniya Prezidenti Türkiyənin baş müftisi ilə görüşəcək

Almaniya Prezidenti Kristian Vulf Türkiyəyə ilk rəsmi səfəri gedişində Türkiyənin dəyanət başqanı Əli Bardakolu ilə görüşəcək. Bu barədə "Cihan" agentliyi məlumat verir.

Almaniya Prezidenti bazar ertəsi axşam yüksəkvəzifəli məmurlardan ibarət nümayəndə heyəti, eləcə də aparıcı iş adamlarının müşayiəti ilə Ankaraya gəlib.

Vulf son 10 ildə Almaniyanın Türkiyəyə səfər edən ilk Prezidenti olub.
AFR Prezidentinin səfəri zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunacaq, iki ölkə arasında əməkdaşlığın stimullaşdırılması ilə bağlı üsullar haqqında fikir mübadiləsi aparılacaq. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının məlumatında deyilir.

Gözlənildiyinə görə, Vulf Ankarada Türkiyə Parlamentində çıxış edəcək. Almaniya Prezidenti Kayseri şəhərində keçiriləcək biznes-forumda da iştirak edəcək, həmçinin, Tarsus və Adana şəhərlərinə səfər edəcək.

Bundan başqa, Kristian Vulf və Türkiyə Prezidenti Abdullah Gül İstanbulda Türkiyə-Almaniya Universitetinin təməlinin qoyulması mərasimində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti