...

Türkiyə Prezidenti İrana səfər edəcək

Dünya xəbərləri Materials 27 Dekabr 2010 16:11 (UTC +04:00)

Türkiyə Prezidenti Abdullah Gül gələn ay İrana rəsmi səfər edəcək. Səfər zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq. Bunu İranın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Əli Əkbər Salehi deyib. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.

Salehi əlavə edib ki, Türkiyə və Səudiyyə Ərəbistanı ilə ikitərəfli əlaqələrin daha da genişlənməsi İranın əsas prioritetlərindəndir.

Xəbər lenti

Xəbər lenti