...

Misirdə Cənubi Koreyalı turistləri daşıyan avtobusun partladılmasını terrorçu-kamikadze həyata keçirib

Dünya xəbərləri Materials 18 Fevral 2014 05:27 (UTC +04:00)
Misirdə Cənubi Koreyalı turistləri daşıyan avtobusun partladılmasını terrorçu-kamikadze həyata keçirib.
Misirdə Cənubi Koreyalı turistləri daşıyan avtobusun partladılmasını terrorçu-kamikadze həyata keçirib

Azərbaycan, Bakı, 18 fevral /Trend /

Misirdə Cənubi Koreyalı turistləri daşıyan avtobusun partladılmasını terrorçu-kamikadze həyata keçirib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Misirin Daxili İşlər Nazirliyindən çərşənbə axşamı bildirilib

İsrail-Misir sərhədinin yaxınlığındakı Taba kəndinin ətrafında bazar günü baş verən terror aktı nəticəsində ən azı dörd nəfər, onlardan 3 nəfər Koreya vətəndaşı və bir nəfər misirli sürücü ölüb. On üç nəfər yaralanıb.

Güc qurumu nümayəndələrinin sözlərinə görə, terrorçu tək olub. Hadisə növbəti turistləri daşıyan avtobus sərhədə yaxınlaşanda və sürücü qabaq qapını açanda baş verib. Terrorçu qapıdan içəri daxil olandan dərhal sonra partlayış baş verib.

Turistlərə qarşı hücuma görə məsuliyyəti "Ənsər beyt əl-Məkdis" cihad qruplaşması öz üzərinə götürüb. Ölkə DİN-i bəyan edib ki, bu teraktın törədilməsində şübhəli bilinən on bir şəxs artıq saxlanılıb.

Xəbər lenti

Xəbər lenti