...

Medvedyev: Rusiya Krıma görə üçqat təzyiq vəziyyətindədir

Dünya xəbərləri Materials 22 Aprel 2014 15:14 (UTC +04:00)
Rusiya Krımın birləşdirilməsi ilə əlaqədar mürəkkəb üçqat təzyiq vəziyyətinə düşüb: dünya iqtisadiyyatında qeyri-sabitlik, öz problemlərimiz və sanksiyalar. Bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev bəyan edib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.
Medvedyev: Rusiya Krıma görə üçqat təzyiq vəziyyətindədir

Azərbaycan, Bakı, 22 aprel /Trend/

"Rusiya Krımın birləşdirilməsi ilə əlaqədar mürəkkəb üçqat təzyiq vəziyyətinə düşüb: dünya iqtisadiyyatında qeyri-sabitlik, öz problemlərimiz və sanksiyalar". Bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev bəyan edib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Medvedyev çərşənbə axşamı Dövlət Dumasında hökumətin hesabatı ilə çıxış edərkən deyib:

"Bizim qərarımız güclü reaksiya doğurub. Krım eləcə də sanksiyalar adı altında həyata keçirilən siyasi təzyiq üçün bəhanə olub. Mahiyyət etibarilə, son dərəcə mürəkkəb vəziyyət yaranıb. Rusiya ilk dəfə üçqat təzyiq vəziyyəti ilə üzləşib. Bir tərəfdən, bu, haqqında danışdığım qeyri-sabit dünya iqtisadiyyatı ilə, digər tərəfdən də bir sıra ölkələrin düşmənçilik siyasətilə bağlıdır. Hökumət qarşımızda dayanan çağırışların və bununla bağlı baş qaldıran məsələlərin ciddiliyini çox gözəl anlayır".

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və onlarla bir sıra tərəfdaş ölkələr Rusiyanın Krımla bağlı mövqeyinə və yarımadanın Rusiyaya birləşdirilməsinə cavab olaraq bir neçə Rusiya siyasətçisi, parlament üzvü və sahibkar barəsində sanksiyalar tətbiq edərək onların aktivlərini dondurub və onlara vizaların verilməsini qadağan edib.

Bununla birlikdə, G7 ölkələri Rusiyanı gələcəkdə Ukrayna ətrafında vəziyyətin gərginləşdirəcəyi halda onun iqtisadiyyatının bir sıra sektorlarına qarşı sanksiyalarla hədələyib. RF Xarici İşlər Nazirliyi öz tərəfindən bildirib ki, Rusiya ilə sanksiyalar dili ilə danışmaq yersiz və səmərəsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti