Azərbaycan, Bakı, 29 may / Trend /
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz qüvvələri Somali tankerini ələ keçirib və 500 ton qaçaqmal dizel yanacağını müsadirə edib. Trend PressTV telekanalına istinadən bu barədə çərşənbə günü məlumat verir.
Məlumata görə, gəmi Fars körfəzində yerləşən Qeşm adasının yaxınlığında ələ keçirilib.
İİKK tankerin 13 ekipaj üzvünü həbs edib və onları İranın Hörmüzqan əyalətindəki məhkəmə orqanlarına təhvil verib.