...

Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilənin paraflanması haqqında qanunu imzalayıb

Dünya xəbərləri Materials 23 Dekabr 2014 12:45 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilənin paraflanması haqqında qanunu imzalayıb.
Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilənin paraflanması haqqında qanunu imzalayıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilənin paraflanması haqqında qanunu imzalayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat yayıb.

Sənəd çərşənbə axşamı hüquqi məlumatların rəsmi internet portalında yerləşdirilib.

Müqavilənin əsasını Ermənistanın 4 azadlığın - malların, kapitalın, xidmət və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin olunmasına şərait yaradılması istiqamətində razılaşmalara qoşulması təşkil edir.

Qeyd edək ki, Rusiya, Belarus və Qazaxıstan 2014-cü il mayın 29-da Aİİ-nin yaradılması haqqında müqavilə imzalayıblar və sənəd 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti