...

Con Kerri: ABŞ Rusiya ilə münaqişə axtarmır

Dünya xəbərləri Materials 5 Fevral 2015 17:41 (UTC +04:00)
ABŞ Rusiya ilə münaqişəyə girmək niyyətində deyil və Ukraynanın şərqindəki qarşıdurmanın diplomatik yolla həll ediləcəyinə ümid edir.
Con Kerri: ABŞ Rusiya ilə münaqişə axtarmır

Azərbaycan, Bakı, 5 fevral /Trend/

ABŞ Rusiya ilə münaqişəyə girmək niyyətində deyil və Ukraynanın şərqindəki qarşıdurmanın diplomatik yolla həll ediləcəyinə ümid edir. Trend Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri Ukrayna Prezidenti Petro Poroşenko ilə Kiyevdə birgə mətbuat konfransında bəyan edib.

O deyib ki, Rusiya Ukraynanın şərqində öz təcavüzünü davam etdirir: "Baş verənləri ayrı cür adlandırmaq olmaz. Biz Rusiya ilə münaqişəyə girməyə cəhd etmirik və heç kim - nə prezident Poroşenko, nə Birləşmiş Ştatlar, nə də Avropa ictimaiyyəti bunu istəmir. Bu barədə söhbət getmir".

C.Kerri ümid etdiyini bildirib ki, Rusiya diplomatik həllin olması planında ABŞ-ıın geniş dəstəyindən istifadə edəcək: "Biz məhz bunu istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti