Azərbaycan, Bakı, 11 mart /Trend/
Ermənistanın Respublika Partiyası koalisiyanın formalaşdırılmasını istisna etmir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.
Onun sözlərinə görə, hazırda belə müzakirələr aparılmır, lakin "Daşnaksutyun" erməni inqilabi federasiyası ilə koalisiyanın formalaşdırılması istisna edilmir.