...

Yerevanda saxlanılan jurnalistlər zorakılığa məruz qalır

Dünya xəbərləri Materials 23 İyun 2015 12:50 (UTC +04:00)
Yerevanın mərkəzində keçirilən etiraz aksiyasının dağıdılması nəticəsində 240-a yaxın insan həbs edilib, polis şöbələri dolub və saxlanılanların bir hissəsi Abovyan və Aştarakdakı polis şöbələrinə çatdırılıb.
Yerevanda saxlanılan jurnalistlər zorakılığa məruz qalır

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Yerevanın mərkəzində keçirilən etiraz aksiyasının dağıdılması nəticəsində 240-a yaxın insan həbs edilib, polis şöbələri dolub və saxlanılanların bir hissəsi Abovyan və Aştarakdakı polis şöbələrinə çatdırılıb. Trend bu barədə "Armenia Today"-a istinadən xəbər verir.

Saxlanılan jurnalistlər arasında "Qala" şirkəti, Azadlıq Radiosunun Ermənistan xidməti, "Aykakan jamanak" qəzeti, "NETQ" nəşri, news.am, panarmenian.net saytlarının əməkdaşları var. Polis əməkdaşları jurnalistlərə qarşı güc tətbiq edib, kameraları sındırıb, məlumat daşıyıcı vasitələri məhv ediblər.

Məlumatda deyilir ki, polis əməkdaşları saxlanılanlara qarşı şiddət göstəriblər, bir çox vətəndaş xəsarət alıb, onlardan bəziləri xəstəxanalara yerləşdirilib.

"Qala"-nın əməkdaşı Paylak Faxradyan bildirib ki, Yerevanın polis rəisi Aşot Karapetyanın yanında dəfələrlə jurnalist olduğunu söyləsə də, ona qarşı güc tətbiq olunub və həbs edilib: "Polislərin gözü qarşısında məni döydülər, həbs etdilər. Bütün üzüm göyərib, burada dəhşətli şeylər baş verir".

"Aykakan Janamak" qəzetinin əməkdaşı Mkrtiç Karapetyanın sözlərinə görə, polis zorakılıq hallarını kameralara çəkən jurnalistlərə qarşı güc tətbiq edib: "Polis zorakılıq halları ilə bağlı bütün video materialları məhv etmək niyyətində idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti