...

Həmkarlarının qətlə yetirildiyi yeri çəkən BBC jurnalistləri polis tərəfindən təhdid edilib

Dünya xəbərləri Materials 27 Avqust 2015 15:26 (UTC +04:00)
“WDBJ” telekanalının 2 əməkdaşını qətlə yetirən şəxsin özünə qəsd etdiyi yerə ilk gələnlər sırasında olan BBC teleradio şirkətinin 2 jurnalisti Virciniya ştatının polisi tərəfindən təhdid edilib.
Həmkarlarının qətlə yetirildiyi yeri çəkən BBC jurnalistləri polis tərəfindən təhdid edilib

Azərbaycan, Bakı, 27 avqust /Trend/

"WDBJ" telekanalının 2 əməkdaşını qətlə yetirən şəxsin özünə qəsd etdiyi yerə ilk gələnlər sırasında olan BBC teleradio şirkətinin 2 jurnalisti Virciniya ştatının polisi tərəfindən təhdid edilib. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Independent" qəzeti xəbər yayıb.

Məlumatda qeyd edilir ki, polis əməkdaşlarından biri Ağ Evin müxbiri Tara Makkelvi və videojurnalist Frans Strasserə hədə gəlməyə başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşı bildirib ki, çəkilən material silinməsə, jurnalistlərin kamerası və avtomobili əllərindən alına bilər. Buna səbəb kimi materialın dəlil olduğu göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti