...

Ərdoğan Obama ilə nələri müzakirə edəcək?

Dünya xəbərləri Materials 19 Fevral 2016 20:46 (UTC +04:00)
R.T.Ərdoğan qeyd edib ki, ABŞ-dan fərqli olaraq, Türkiyə PYD və PKK-nın terror təşkilatları olduğunu çox gözəl anlayır.
Ərdoğan Obama ilə nələri müzakirə edəcək?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə Birləşmiş Ştatların PKK-nın Suriya qanadına münasibətini müzakirə edəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə R.T.Ərdoğan deyib.

Dövlət başçısı bu gün ABŞ Prezidenti ilə telefon danışığı aparacağını bildirib.

Bundan əvvəl Türkiyə Prezidenti bəyan etmişdi ki, ABŞ müttəfiqinin kim olduğunu müəyyənləşdirməlidir - Türkiyə, yoxsa Suriyadakı "Demokratik birlik" (PYD) adlı kürd partiyası.

R.T.Ərdoğan qeyd edib ki, ABŞ-dan fərqli olaraq, Türkiyə PYD və PKK-nın terror təşkilatları olduğunu çox gözəl anlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti