Bakı. Trend:
Ermənistan parlamenti Rusiya və Ermənistan arasında Qafqaz regionunda hava hücumundan birgə müdafiə sisteminin yaradılması haqqında sazişi ratifikasiya edib.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
131 yerlik parlamentdə 102 deputat sazişin lehinə, 8-i isə əleyhinə səs verib. Bitərəf qalan olmayıb.