...

Banqladeşdə öldürülmüş 20 girov xarici vətəndaş olub

Dünya xəbərləri Materials 2 İyul 2016 13:37 (UTC +04:00)
Banqladeşin paytaxtı Dəkkə şəhərində terrorçular tərəfindən restoranların birində girov götürülmüş 20 nəfər xarici ölkələrin vətəndaşları olub.
Banqladeşdə öldürülmüş 20 girov xarici vətəndaş olub

Bakı. Elçin Hüseynov - Trend:

Banqladeşin paytaxtı Dəkkə şəhərində terrorçular tərəfindən restoranların birində girov götürülmüş 20 nəfər xarici ölkələrin vətəndaşları olub.

Bu barədə Trend AFP-yə istinadən xəbər verir.

Mətbuat konfransı zamanı Banqladeşin briqada generalı Naim Əsraf Çouduri bildirib ki, xüsüsi əməliyyat zamanı 13 nəfər insan xilas edilib, o cümlədən Yaponiya və Şri-Lanka vətəndaşları.

Qeyd edək ki, Dəkkə şəhərinin diplomatik məhəlləsində yerləşən "Holey Artisan Bakery" restoranına hücum cümə günü axşam saatlarında baş verib. Silahlı insanlar xarici diplomatlar və varlılar arasında populyar olan restorana daxil olaraq, müştəriləri girov götürüblər. Girovlar arasında İtaliya və Yaponiya vətəndaşları çoxluq təşkil edib.

Banqladeş polisinin xüsusi əməliyyatı zamanı 20 girov və 6 terrorçu həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti