Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatının mövqelərini bombalayır.
Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.
Məlumata əsasən, Türkiyə aviasiyası terrorçuların 4-dən çox istinad məntəqəsini dağıdıb.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım bəyan etmişdi ki, hərbi əməliyyatlar PKK tam məhv edilənədək davam etdiriləcək.