...

PYD terrorçuları Türkiyə ilə döyüşə hazırlaşırlar (FOTO)

Dünya xəbərləri Materials 3 Oktyabr 2016 13:57 (UTC +04:00)
PYD terrorçuları Suriyanın Türkiyə ilə sərhəd ərazisində döyüş mövqeyi qurublar.
PYD terrorçuları Türkiyə ilə döyüşə hazırlaşırlar (FOTO)

Bakı. Trend:

PYD terrorçuları Suriyanın Türkiyə ilə sərhəd ərazisində döyüş mövqeyi qurublar.

Trend "Haber 7"-yə istinadən məlumat verir ki, Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonu ilə həmsərhəd olan Suriyanın Rakka qəsəbəsindəki Telabyad adlı ərazidə PYD terrorçuları tərəfindən təpədə qum torbaları ilə döyüş mövqeyi qurulub.

Dərhal Türkiyə tərəfi təhlükəsizlik tədbirlərini gücləndirib.

"Kirpi" adlandırılan zirehli döyüş maşınının gətirildiyi sərhəd xəttində təhlükəsizlik qüvvələrinin istənilən təxribatın qarşısını almağa hazır olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti