...

BMT Təhlükəsizlik Şurası Hələb sakinlərinin təxliyəsi ilə bağlı qətnamə qəbul edib

Dünya xəbərləri Materials 19 Dekabr 2016 19:12 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin Təhlükəsizlik Şurası Suriyanın Hələb şəhərindən dinc sakinlərin təxliyəsinin beynəlxalq müşahidəsi və əhaliyə təcili humanitar yardım göstərilməsi ilə bağlı qətnamə qəbul edib.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, sənədin yekun variantı Şuranın bazar günü keçirilən və 3 saatdan artıq davam edən qapalı iclasında qəbul edilib.

Kompromis variant Fransa və Rusiyanın təklif etdiyi sənəd əsasında qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti