...

Müdafiə naziri: ABŞ İŞİD ilə mübarizədə digər terror təşkilatını müttəfiq seçdi

Dünya xəbərləri Materials 6 Yanvar 2017 15:30 (UTC +04:00)
ABŞ İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün müttəfiq qismində digər terror təşkilatını - Demokratik İttifaqı (PYD) seçdi.
Müdafiə naziri: ABŞ İŞİD ilə mübarizədə digər terror təşkilatını müttəfiq seçdi

Bakı. Orxan Quluzadə - Trend:

ABŞ İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün müttəfiq qismində digər terror təşkilatını - Demokratik İttifaqı (PYD) seçdi. Nəticədə Türkiyə əziyyət çəkir, gələcəkdə isə Birləşmiş Ştatların özü problemlərlə qarşılaşacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq "Habertürk" telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, ABŞ PYD döyüşçülərinin Fərat çayının şərq sahilində, Suriyanın Menbic şəhərindən çıxarılması ilə bağlı vədini əvvəlki kimi yerinə yetirmir: "Əgər ABŞ öz əhdinə sadiq qalmasa, Türkiyə şəhərin döyüşçülərdən təmizlənməsi üçün əməliyyat keçirməyə məcbur olacaq".

"İncirlik" bazasında gəlincə, F.İşıq qeyd edib ki, bu aviabaza Türkiyəyə məxsusdur və bütün xarici qüvvələr Ankaranın icazəsi əsasında burada yerləşib:

"Bu gün rəsmi Ankara aviabazanın bağlanması məsələsinə baxmır. Lakin əgər "İncirliy"in istifadəsi Türkiyənin maraqlarına uyğun olmasa, biz vəziyyəti qiymətləndirəcək və müvafiq tədbirlər görəcəyik".

Nazir bildirib ki, Suriyanın Əl-Bab şəhərinin İŞİD-dən azad edilməsi urğunda döyüşlər məhəllə döyüşləri mərhələsinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti