...

Türkiyə qırıcılarından zərbələr - 22 İŞİD-çi zərərsizləşdirildi

Dünya xəbərləri Materials 12 Yanvar 2017 12:05 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərində İŞİD terror təşkilatının 40-a yaxın mövqeyinə zərbələr endirib
Türkiyə qırıcılarından zərbələr - 22 İŞİD-çi zərərsizləşdirildi

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Hərbi Hava Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərində İŞİD terror təşkilatının 40-a yaxın mövqeyinə zərbələr endirib.

Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.

Aviazərbələr nəticəsində 22 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı ötən ilin avqust ayından aparılır.

Xəbər lenti

Xəbər lenti