...

Suriyada ölən türk hərbçilərin sayı artıb: 5 ölü, 10 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 9 Fevral 2017 16:43 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:13-də yayılıb)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində bu gün həlak olan türk hərbçilərin sayı artıb.

Trend-in məlumatına görə, Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasının üzvləri ilə atışma nəticəsində ölən türk hərbçilərin sayı 5-ə yüksəlib, 10-u xəsarət alıb.

Qeyd edək ki, ötən gün də Suriyada 5 Türkiyə hərbçisi həlak olmuşdu. Ümumiyyətlə, "Fərat qalxanı" əməliyyatı başlayandan Türkiyə 66 hərbçisini itirib.

X X X

13:13

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha bir türk hərbçi ölüb.

Trend-in məlumatına görə, bölgənin İŞİD terror qruplaşmasından azad edilməsi üçün artıq iki gündür qızğın döyüşlər gedir.

Ötən gün döyüşlərdə 5 türk hərbçi həlak olmuşdu.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı başlayandan Türkiyə 62 hərbçisini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti