...

ABŞ-da təyyarə məcburi eniş etdi - Səbəbə bax

Dünya xəbərləri Materials 9 Mart 2017 21:50 (UTC +04:00)
ABŞ-ın “Hawaiian Airlines” aviaşirkətinin Las-Veqasdan Havay adalarına uçuş həyata keçirən təyyarəsi məcburi eniş etməli olub.
ABŞ-da təyyarə məcburi eniş etdi - Səbəbə bax

Bakı. Trend:

ABŞ-ın "Hawaiian Airlines" aviaşirkətinin Las-Veqasdan Havay adalarına uçuş həyata keçirən təyyarəsi məcburi eniş etməli olub.

Trend-in məlumatına görə, sərnişinlərdən biri göyərtə bələdçisindən istədiyi yorğan üçün tələb olunan 12 dolları ödəməkdən imtina edib və aviaşirkətin rəsmi nümayəndəsi ilə görüşün təşkil olunmasını tələb edib.

Nəticədə pilot təyyarəni Los-Anceles hava limanında endirməli olub.

Həmin sərnişin polis tərəfindən sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb və digər reyslə yola davam edib.

Xəbər lenti

Xəbər lenti