...

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub: 3 ölü, 6 yaralı

Dünya xəbərləri Materials 26 Sentyabr 2017 00:13 (UTC +04:00)
Türkiyənin Ağrı şəhərində PKK terrorçuları qeyri-leqal miqrantları daşıyan mikroavtobusu atəşə tutublar
Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub: 3 ölü, 6 yaralı

Bakı. Trend:

Türkiyənin Ağrı şəhərində PKK terrorçuları qeyri-leqal miqrantları daşıyan mikroavtobusu atəşə tutublar.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mikroavtobusun atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Yaralananların ikisinin vəziyyətinin çox ağır olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti