...

Türkiyə parlamentinin yeni spikeri kim oldu?

Dünya xəbərləri Materials 20 Noyabr 2017 18:11 (UTC +04:00)
Bu gün İsmail Qəhrəman Türkiyə Böyük Millət Məclisinə yenidən spiker seçilib.
Türkiyə parlamentinin yeni spikeri kim oldu?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bu gün İsmail Qəhrəman Türkiyə Böyük Millət Məclisinə yenidən spiker seçilib.

Trend-in məlumatına görə, o, parlamentarilərin 289 səsini qazanmaqla yenidən spiker seçilib.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu vəzifəyə iki nəfərin – İsmail Kahraman və Tamer Dağlının namizədliyini irəli sürülmüşdü.

Bundan başqa, Cümhuriyyət Xalq Partiyasından (CHP) Zekeriya Temizel, Xalqların Demokratik Partiyasından (Selma İrmak), Millətçi Hərəkat Partiyasından Celal Adanın namizədliyi irəli sürülmüşdü.

Parlament spikeri vəzifəsinə bitərəf millət vəkili Yusuf Halaçoğlu da namizədliyini irəli sürülmüşdü.

Xəbər lenti

Xəbər lenti