...

Rusiya və Türkiyə Baş Qərargahlarının rəisləri Ankarada danışıqlar aparıb

Dünya xəbərləri Materials 15 Dekabr 2017 22:18 (UTC +04:00)
Rusiyanın Baş Qəragah rəisi Valeri Gerasimov Ankara səfəri çərçivəsində türkiyəli həmkarı Hülusi Akarla danışıqlar aparıb
Rusiya və Türkiyə Baş Qərargahlarının rəisləri Ankarada danışıqlar aparıb

Bakı. Trend:

Rusiyanın Baş Qəragah rəisi Valeri Gerasimov Ankara səfəri çərçivəsində türkiyəli həmkarı Hülusi Akarla danışıqlar aparıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargah xəbər yayıb.

"General Hülusi Akar dekabırın 15-də Türkiyə Baş Qərargahında RF Baş Qərargahının rəhbəri Valeri Gerasimovla danışıqlar aparıb", - Qərargahın məlumatında deyilir.

Danışıqlar zamanı müzakirə edilən mövzular barədə məlumat verilmir.

Türkiyə KİV-lərinin yaydığı məlumata görə isə, tərəflər İraq və Suriyadaki vəziyyəti, terrorizmlə mübarizə məsələlərini və Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin satın alması mövzusunu müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti