...

Ərdoğan və Mey ABŞ-ın BMT TŞ-nın Qüdslə bağlı qətnaməsinə veto qoymasını müzakirə ediblər

Dünya xəbərləri Materials 19 Dekabr 2017 02:01 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyob Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub
Ərdoğan və Mey ABŞ-ın BMT TŞ-nın Qüdslə bağlı qətnaməsinə veto qoymasını müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyob Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Trend-in Türkiə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışı zamanı tərəflər iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Bundan əlavə tərəflər BMT Təhlükəsizlik Şurasının Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməsinə ABŞ-ın veto qoymasını müzakirə ediblər.

Qeyd edək ki, dekabrın 18-i ABŞ BMT Təhlükəsizlik Şurasının Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməsinə veto qoyub. Qətnamənin qəbul lunmasına 14 ölkə səs verib. ABŞ Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olaraq veto ixtiyarından istifadə edib.

Xəbər lenti

Xəbər lenti