...

Tramp və Makron arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 8 Yanvar 2018 04:14 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub
Tramp və Makron arasında telefon danışığı olub

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.

Məlumata əsasən, tərəflər Şimali Koreya müzakirə ediblər: "Prezident Donald Tramp dünən Fransa prezidenti Emmanuel Makron ilə Koreya yarımadasında baş verən hadisələr və ABŞ-ın, Cənubi Koreyanın və dünya ictimaiyyətinin Şimali Kreyanın denuklearizasiyasına nail olmaq üçün qətiyyəti haqqında yenilənmiş məlumatları vermək üçün danışıb".

Bundan əlavə danışıq zamanı Tramp və Makron razılaşıblar ki, İranda kütləvi etiraz aksiyalarına səbəb İranın öz xalqının tələbatlarını ödəyə bilməməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti