...

Trampı Stalinlə müqayisə etdilər

Dünya xəbərləri Materials 17 Yanvar 2018 23:28 (UTC +04:00)
Amerikalı respublikaçı senator Ceff Fleyk ABŞ prezidenti Donald Trampı sovet lideri İosif Stalinlə müqaisə edib
Trampı Stalinlə müqayisə etdilər

Bakı. Trend:

Amerikalı respublikaçı senator Ceff Fleyk ABŞ prezidenti Donald Trampı sovet lideri İosif Stalinlə müqayisə edib.

Trend-in məlumatına görə, buna səbəb ölkə başçısının ABŞ KİV-lərinə münasibətdə “xalq düşməni” terminini işlədməsi olub.

Daha əvvəl ABŞ lideri bir sıra mətbuat orqanını saxta xəbərlərin yayılmasında ittiham edib.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı ölkə KİV-lərin əksəriyyəti Trampın rəqibi Xillari Klintonu dəstəkləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti