...

Paytaxtda tramvayların paradı keçiriləcək

Dünya xəbərləri Materials 13 Aprel 2018 18:25 (UTC +04:00)
Aprelin 21-də Moskvada köhnə tramvayların paradı keçiriləcək.
Paytaxtda tramvayların paradı keçiriləcək

Bakı. Trend:

Aprelin 21-də Moskvada köhnə tramvayların paradı keçiriləcək. Trend-in məlumatına görə, bu tədbir paytaxtda tramvay nəqliyyat növünün yaranmasının 119 illiyinə həsr olunur.

Parad barədə məlumat verən Moskva Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov deyib ki, həmin tarixdə köhnə tarixi tramvaylar paytaxtın mərkəzi küçələri ilə gündüz saat 12:00-15:00 arasında hərəkət edəcək.

Onun sözlərinə görə, parada müasir tramvaylar da cəlb ediləcək.

Xəbər lenti

Xəbər lenti